AZ

"Heyəti mütləq gücləndirməliyik" - "Karvan-Yevlax"ın məşqçisi

style='margin-bottom:10px;'>

“Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Futbolçularım bu gün çox əzmkarlıq göstərdilər”

QOL.az xəbər verir ki, bu sözləri "Karvan"ın baş məşqçisi Füzuli Məmmədov "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Mütəxəssis etiraf edib ki, komanda fiziki cəhətdən tam hazır deyil və 80-ci dəqiqədən sonra yaranan yorğunluq qaçılmaz səhvlərə yol açıb. O, rəqibin onları müdafiə olunmağa məcbur etdiyini, lakin epizodlardan yararlanmağın vacibliyini vurğulayıb:

"Qarbağ"a qarşı hücum futbolu oynamaq çətindir. Məcbur edirlər ki, müdafiə olunasan. Oyunçularım əzmkarlıq göstərirlər. Oyun intizamını sona qədər qorumağa çalışdılar. Hər matçda müdafiə olunmayacağıq. Epizodumuz da var idi. Əgər "Qarabağ"a qarşı şansın yaranırsa, onu mütləq dəyərləndirməlisən".

F.Məmmədov komandanın gələcək planlarına və qış fasiləsindəki hədəflərinə də aydınlıq gətirib:

“Mütləq güclənməliyik. Qarşıda 3 oyunumuz var, bütün diqqətimiz həmin oyunlaradır. İmkandan yararlanıb heyəti gücləndirməyə çalışacağıq”.

Seçilən
43
teleqraf.com

1Mənbələr