AZ

Zavodda qızmar metal PARTLADI – Yaralılar var – VİDEO

Novosibirskdə zavodda partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. İstehsalat qəzası nəticəsində 3 nəfər ağır xəsarətlər alıb, birinin vəziyyəti kritikdir.

Hadisə Rusiyanın Novosibirsk vilayətindəki zavodların birində qeydə alınıb. Məlumata görə, qızmar metalın üzərinə su düşməsi nəticəsində güclü partlayış baş verib.

Hadisə zamanı yaxınlıqda olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar kəllə-beyin travması və sınıqlarla xəstəxanaya çatdırılıblar.

Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu, onun ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr