AZ

Pestisidlərlə ən çox çirklənmiş 12 meyvə və tərəvəz hansılardır?- Adları açıqlandı

Britaniyanın qeyri-kommersiya Pestisid Fəaliyyəti Şəbəkəsinin (PAN UK) alimləri ən çox pestisidlə çirklənmiş 12 meyvə və tərəvəzi müəyyən ediblər.

AzPost bildirir ki, bu barədə “Daily Mail” nəşrinin  məqaləsində deyilir.

Mütəxəssislər araşdırmanı illik hökumət proqramı çərçivəsində mağaza rəflərindəki 3000 kq meyvə və tərəvəzi təhlil edərək aparıblar.

PAN UK bildirib ki, bu il 17 növ meyvə və tərəvəzdə 123 müxtəlif kimyəvi maddə, o cümlədən xərçəng riski ilə əlaqəli 42 pestisid aşkar edilib. Pestisidlərin ən yüksək səviyyəsi qreypfrut, üzüm, laym, banan, bibər, qovun, lobya, çili bibəri, kartof, xüsusi kök tərəvəzləri, zəncəfil və sarımsaqda aşkar edilib.

Çuğundur ən təmiz tərəvəz kimi tanınıb.

PAN UK  mütəxəssisi Nik Mole deyib ki, təhlükəli olan pestisidlərin özü deyil, onların “kokteyli”dir.

“Həqiqət budur ki, bu kimyəvi maddələrin bir-biri ilə necə qarşılıqlı təsir göstərdiyi və yüzlərlə müxtəlif pestisidlərə məruz qalmanın uzunmüddətli dövrdə sağlamlığımıza necə təsir etdiyi barədə çox az şey bilirik. Bilirik ki, pestisidlər birləşdirildikdə daha zəhərli ola bilər ki, bu da “kokteyl effekti” kimi tanınır”, – deyə o vurğuladı.

Mole əlavə edib ki, Türkiyədən gətirilmiş bir üzümdə 16 müxtəlif pestisid tapılıb.

AzPost.az

Seçilən
122
50
azpost.info

10Mənbələr