AZ

Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı

“Real”da vəziyyət yenidən gərginləşir.

Publika.az xəbər verir ki, “El Chringuito TV”-nin məlumatına görə, bəzi oyunçular Bilbao səfərindən məmnun deyillər.

Komanda La Liqada “Athletik” ilə keçiriləcək oyuna bir gecə əvvəl yollanıb. Madriddən Baskoniyaya məsafə yalnız bir saat çəkir.

Jurnalist Markos Benitonun verdiyi məlumata görə, futbolçular səfərin əleyhinə olub: “Mənə deyirlər ki, bəzi oyunçular bu səfərdən ümumiyyətlə razı deyildilər. Qış fasiləsindən əvvəl son bir ay ərzində oyun yükü çox ağırdır və bəzi oyunçular ailələri ilə daha çox vaxt keçirmək, Bilbaoda bir gecə belə olsa qalmaq istəmirdilər”.

Seçilən
63
publika.az

1Mənbələr