AZ

Sosial aktiv insanların beyni 90 yaşa qədər gənc qalır

Sosial aktivlik qocalıqda aydın şüurun qorunmasında əsas amildir.

AzPost Lenta.ru-ya istinadən bildirir ki, bu barədə nevroloq Baybin Çenq deyib.

Onun sözlərinə görə, 80-90 yaşına qədər yaşayan və idrak funsiyalarını qoruyan insanlar ünsiyyətcil qalırlar. Həkim yüz yaşlı insanların emosiyalar və sosial əlaqələrə cavabdeh olan ön sinqulyar korteksin daha yaxşı inkişaf etdiyini göstərən tədqiqatlara istinad edib.

Çenq sosial qarşılıqlı təsiri yaddaş, empatiya və dil ilə əlaqəli neyron şəbəkələrini aktivləşdirən mürəkkəb beyin təlimi ilə müqayisə edib.

Bundan əlavə nevroloq qeyd edib ki, dərin sosial əlaqələr kortizol səviyyəsini azaltmağa və oksitosin və dopamin istehsalını stimullaşdırmağa kömək edir.

AzPost.az

Seçilən
75
azpost.info

1Mənbələr