BAKI, 3 dekabr. TELEQRAF
Gürcüstanın əsas milli vəzifəsi dövlətin ərazi bütövlüyünün bərpası və iqtisadi inkişafdır.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanın milli maraqlarına uyğun siyasət ölkəni qələbəyə aparır:
“Tarix göstərir ki, biz öz milli maraqlarımıza sadiq qalanda və heç bir ölkənin siyasətinə kor-koranə uyğunlaşmayanda Gürcüstan irəli gedir. Bizim siyasətimiz dəqiqdir – əsas milli vəzifəmiz ölkənin birləşdirilməsi və iqtisadi artımdır. Bu, alternativsiz hədəflərdir və biz addım-addım, sistemli şəkildə buna doğru irəliləyirik”.
Ş. Papuaşvili həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünü pozmağa heç kimin gücü çatmayacaq:
“Gec-tez hər kəs bu reallıqla barışmalı olacaq. Ölkəmizin iqtisadi inkişafı və rifahının artması ilə elə şərait yaradacağıq ki, heç bir tərəfin Gürcüstanın ərazi bütövlüyünə zidd maraqları qalmasın”.