Bakı. Trend:
Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərraclayihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasınıninşası çərçivəsində ilk panel quraşdırılıb.
TrendEnergetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyinə istinadən xəbər verir ki, Çinin “UniversalInternational Holdings Limited” şirkəti ilə həyata keçirilən layihəüzrə tikinti işlərinə cari ilin may ayında başlanıb.
Məlumata görə, tikinti işləri əsasən yerli şirkətlər tərəfindənhəyata keçirilir. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulanstansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrikenerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetrhəcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbonemissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, Çinin “Universal International Holdings Limited”şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişafBankının (AYİB) dəstəyi ilə Azərbaycan Respublikası EnergetikaNazirliyi tərəfindən keçirilmiş hərracın qalibi olub.