Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu mövsüm Nigeriya yığmasının düşərgəsindən iki dəfə zədəli dönən və bir neçə vacib qarşılaşmaları qaçıran Viktor Osimhenin durumu yenə ''Qalatasaray'' cəbhəsində narahatlıq doğurur. Çünki indi də qarşıdan Afrika Millətlər Kuboku (AMK) gəlir. "Football-plus.az" xəbər verir ki, Nigeriya yığmasının bu turnir üçün açıqlanan heyətində təbii ki, Osimhen də yer alıb. 26 yaşlı forvard bu komandanın lideridi. FİFA-nın qərarına görə AMK-da iştirak edəcək futbolçular öz klublarında maksimum dekabrın 15-nə qədər qala bilərlər. Bu, İstanbul nəhəngi üçün yaxşı xəbərdi. Çünki Osimhen dekabrın 9-da Çempionlar Liqasında ''Monako''ya və dekabrın 13-də superliqanın 16-cı turu çərçivəsində ''Antalyaspor''a qarşı oyunlarda iştirak edəcək. Amma Osimhen dekabrın 20-də, yəni ilk dövrənin sonuncu - 17-ci turunda ''Kasımpaşa''ya qarşı oyunu buraxmalı olacaq.AMK-nın ''Qalatasaray'' üçün təhlükəsi bununla bitmir. ''Qalatasaray''ı yanvarın əvvəllərində ölkə superkubokunda önəmli matçlar gözləyir. Yanvarın 5-də yarımfinalda ''Trabzonspor''la oyun var. Superliqada isə ikinci dövrəyə yanvarın 15-də start veriləcək. AMK-da 3-cü yer uğrunda oyun yanvarın 17-də, final matçı yanvarın 18-də keçiriləcək. Yəni Nigeriya həlledici oyuna qədər irəliləsə, Osimhen həm superkuboku, həm də ikinci dövrənin ilk oyununu buraxmalı olacaq!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.