Spirtli və spirtsiz içkilərin istehsalı ilə məşğul olan "A+CO" ASC 2024-cü ili 1 milyon 111 min manat xalis mənfəət ilə başa vururb. Şirkət 2023-cü ili 1 milyon 889 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "A+CO" ASC şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 778 min manat və ya 41,2% azalıb
Marja.az xəbər verir ki, "A+CO" şirkətinin satışdan gəlirləri 2023-cü ildə 54 milyon 448 min manat ikən, 2024-cü ildə 52 milyon 815 min manata düşüb (1 milyon 633 min manat və ya 3,1% azalıb).
2025-ci ilin ilk 6 ayında (yanvar-iyun) "A+CO" ASC-nin satışdan gəlirləri 26 milyon 797 min manat, xalis mənfəəti 706 min manat təşkil edib.
30 İyun 2025-ci il tarixində "A+CO" 97 milyon 332 min manat cəmi aktivlərə malik olub. Şirkət 2024-cü ilin sonunda 97 milyon 451 min manat cəmi aktivlər malik idi.
"A+CO" şirkətinin işçilərinin sayı 2025-ci ilin 1-ci rübündə 20 nəfər, 2-ci rübündə isə 26 nəfər azalaraq 826 nəfərə düşüb. İlin əvvəlində şirkətdə 872 nəfər çalışırdı. 2024-cü ildə işçilərinin datı 262 nəfər artaraq 610 nəfərdən 872 nəfərə yüksəlmişdi.
Şirkətin istehsal sahəsi Abşeron rayonu, Xırdalan şəhərində yerləşir.
Qeyd edək ki, "A+CO" ASC-nin 200 min manat olan nizamnamə kapitalının 100%-i Nəbiyev Elburus Ənvər oğluna məxsusdur.



