AZ

Qərbdə Zelenskinin siyasi karyerasına sonun yaxın olduğubildirilir

"Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi karyerası korrupsiya qalmaqalı və cəbhədəki uğursuzluqlar fonunda “saç telindən asılı vəziyyətə düşüb".

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri "The Telegraph" yazır.

Qeyd olunur ki, son bir həftə ərzində Zelenski ofisinin rəhbəri Andrey Yermakı vəzifədən itirib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının təzyiqi altında Donetsk Xalq Respublikasında strateji əhəmiyyətli Krasnoarmeysk (ukraynaca: Pokrovsk) şəhərindən geri çəkilməyə məcbur olub.

Nəşr həmçinin ABŞ-ın Kiyevə artan təzyiqindən yazır. Məlumata görə, amerikalılar Zelenskidən sülh naminə Rusiyaya ərazi güzəştlərinə getməyi qəti şəkildə tələb edirlər.

"The Telegraph" hesab edir ki, Zelenskinin taleyi Ukrayna üzrə aparılan pərdəarxası sülh danışıqları zamanı müəyyən olunur və o, hakimiyyətdə olduğu müddətdə münaqişənin sonunu görə bilməyə bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
19
1
redaktor.az

2Mənbələr