AZ

Köçəryan Sarkisyandan qisas alacaq?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan noyabrın 30-da bir qrup tərəfdarı ilə görüşüb.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazır.

Qeyd edilir ki, qapalı keçən görüşün qısa, səssiz videosu, eləcə də bir neçə fotoşəkili dərc edilib.

Müzakirənin məzmunu barədə isə heç bir məlumat verilməyib. Bəzi epizodların yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır.

İştirakçılardan biri ən təsirli anın Serj Sarkisyanla bağlı sual olduğunu qeyd edib.O, Köçəryana “Əgər hakimiyyətə gəlsəniz, Serj Sarkisyanı sizə qarşı mənfi münasibət bəslədiyinə görə məsuliyyətə cəlb edəcəksinizmi” sualını verib.

Köçəryan halbuki, bu səhifəni özü üçün çoxdan bağladığını deyirdi. Suala Köçəryan birbaşa cavab verməyib. O, seçki siyahısına rəhbərlik edəcəyini açıq şəkildə bildirərək tərəfdarlarını yerlərdə fəal şəkildə işləməyə çağırıb.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr