AZ

Rusiyanın ən zənginləri bəlli oldu

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 1-nə olan məlumata görə, Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2025-ci ilin əvvəlindən bəri təxminən 17,9 milyard dollar artaraq 306,5 milyard dollara çatıb.

"Cebheinfo.az" bu barədə "Bloomberg Billionaires Index"in məlumatlarına istinadən xəbər verir.

Siyahının başında, sərvətini il ərzində 1,67 milyard dollar artıraraq 29,5 milyard dollara çatdıran "Norilsk Nickel" in əsas səhmdarı Vladimir Potanin dayanır.

Onu 25,8 milyard dollarlıq sərvəti ilə "Severstal" şirkətinin sahibi Aleksey Mordaşov izləyir."NLMK" rəhbəri Vladimir Lisin isə 3,07 milyard dollar itirərək sərvətini 22,8 milyard dollara endirib.

İlin ən böyük qazancını əldə edən şəxs "USM Holdings" in qurucusu Alişer Usmanov olub. Metallurgiya, mədənçilik, telekommunikasiya və texnologiya sahələrində geniş yatırımları olan iş adamının sərvəti 5,32 milyard dollar artaraq 18,5 milyard dollara yüksəlib.

Onu "UGMK" qurucusu İskəndər Maxmudov 4,43 milyard dollarlıq artımla izləyib."Renova Qrupu" nun rəhbəri Viktor Vekselberq isə sərvətini 3,02 milyard dollar artıraraq 10,3 milyard dollara çatdırıb.Digər tərəfdən, siyahıdakı altı rus milyarderin sərvətində azalma müşahidə olunub.

Ən böyük itkiyə məruz qalan Vladimir Lisin 3,07 milyard dollar itki ilə mənfi tərəfdə lider olub. "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərov 2,58 milyard dollar, "EuroChem" və "SUEK" sahibi Andrey Melniçenko isə 1,82 milyard dollar itirib.

Texnologiya və e-ticarət sahəsindəki adlar da siyahıda diqqət çəkib.

"Telegram"ın qurucusu Pavel Durov 13,4 milyard dollarlıq sərvəti ilə 11-ci yerdə qərarlaşıb və il ərzində sərvətini 2,44 milyard dollar artırıb."Wildberries & Russ" şirkətinin rəhbəri Tatyana Kim isə 8,03 milyard dollarlıq sərvəti ilə 19-cu sırada yer alıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
1
cebheinfo.az

2Mənbələr