AZ

“Ana olmağı it kimi istəyirəm” –

Türkiyənin məşhur müğənnisi İrəm Dərici dünən axşam yenidən pərəstişkarları ilə görüşüb. Heyranlarını əyləndirən Dərici şəxsi həyatı ilə bağlı etiraflar edib.Metbuat.az xəbər verir ki, daha əvvəl uşaq sahibi olmaq istəmədiyini bildirən müğənni “Hazırda ana olmağı çox istəyirəm. Görək, bədənim buna dözəcəkmi”, – deyib. Sevilən sənətçi sözlərinə belə davam edib: “Əvvəllər yüksək səslə deyirdim ki, uşaq istəmirəm. İki il əvvəl belə düşünürdüm. Amma indi ana olmağı it kimi istəyirəm. Çox gözəl bir uşaq böyütmək istəyirəm.”

Pərəstişkarları sənətçiyə ürək-dirək verərək, tezliklə arzusuna çatacağına inandıqlarını bildiriblər.

Seçilən
41
1
metbuat.az

2Mənbələr