Bakı. Trend:
Sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibbfəaliyyəti ilə məşğul olan şəxs və sertifikasiya şəhadətnaməsiolmadan praktik tibb fəaliyyətinə buraxılmasına görə AristokratTibb Mərkəzi barəsində inzibati xəta haqqında protokol tərtibedilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyiAnalitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamalarıntənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən SəhiyyəNazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aidiyyəti özəltibb müəssisəsində 02 dekabr 2025-ci il tarixində plandankənaryoxlama keçirilib:
"Xidməti yoxlama zamanı aşkar edilən nöqsanlar rəsmiləşdirilib,aşağıdakı hüquqi və fiziki şəxslə barəsində inzibati tənbeh tədbiriseçilib.
- Araz Məmmədzadə, Kənan Həsənov, Elşən Əsgərovun sertifikasiyaşəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılmasına görə,hüquqi şəxs kimi Aristokrat Tibb Mərkəzi MMC-yə inzibati xətalarməcəlləsinin 215.4 maddəsi ilə;
- sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibbfəaliyyəti ilə məşğul olan fiziki şəxsə Araz Məmmədzadəyə inzibatixətalar məcəlləsinin 215.1 maddəsi ilə inzibati xəta haqqındaprotokol tərtib edilib.
Tərtib olunmuş protokollar yoxlama materialları ilə birlikdənövbəti icraata göndərilib.
Əlavə olaraq bildirilir ki, Sadiq Şükürov və İmaməli Abbasovun,eləcə də Roza adlı şəxsin adına aidiyyəti müəssisənin rəhbərliyitərəfindən təqdim edilmiş işçi heyətin rəsmi siyahısına əsasən rastgəlinməyib, uyğun olaraq da stomatoloji otaqlara baxış keçirilənzamanı yuxarıda adları qeyd edilən şəxslərin yoxlama müddətindəpraktik tibb fəaliyyətləri ilə məşğul olmaları müşahidəedilməyib".
Qeyd edək ki, Aristokrat Tibb Mərkəzində Sadiq Şükürov, ArazMəmmədzadə, Kənan Həsənov, Elşən Əsgərov, İmaməli Abbasov və Rozaadlı şəxslərin müvafiq ixtisas və sənədləri olmadanhəkim-stomatoloq kimi fəaliyyət göstərdikləri iddialarıyayılmışdı.