AZ

Kompleksin girişində park edilmiş yük maşını sürücüləri dəqiqələrlə gözlətdi VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 148 ünvanında dayanma-durma qaydasını pozan

sürücü lentə alınıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə video göndərib. Xoşagəlməz mənzərə dekabrın 2-də saat 07:40 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-SC-628 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yaşayış kompleksinin girişində park edib. Nəticədə o, sürücülərin yaşayış sahəsinə giriş-çıxışını əngəlləyib.

Şikayətçinin sözlərinə görə, qayda pozan sürücü sükan arxasında olmayıb və digər sürücülər bir müddət gözləmək məcburiyyətində qalıblar.

Belə hallarda sürücülər yalnız dayanma-durma qaydalarına riayət etməli, yaşayış və digər nəqliyyat sahələrinin giriş-çıxışını əngəlləməməli, digər sürücülərin rahat hərəkətini təmin etməlidirlər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
avtosfer.az

1Mənbələr