ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Avropa İttifaqı Cənubi Qafqazda siyasi, təhlükəsizlik məsələlərinə birtərəfli yanaşır, Ermənistanın yanında olmaq niyyətini gizlətmir. Qarşıdan gələn parlament seçkilərində bu ölkəyə 15 milyon avro yardım ayrılması həm də qərəzli münasibətin göstəricisi kimi qiymətləndirilə bilər”.
Bu barədə 525.az-a politoloq İlyas Hüseynov deyib.
“Məlumdur ki, kilsə rəhbərliyi və Baş nazir Nikol Paşinyan arasında ciddi ixtilaflar var, fikir ayrı-seçkiliyi hökm sürür. Paşinyanın komandası kilsə rəhbərliyinə qarşı repressiv addımlar atır, təqib edir. Eyni zamanda, məlumdur ki, kilsə məsələsini ortaya atmaqla kənar geosiyasi mərkəzlər Ermənistanda daxili sabitliyi seçki ərəfəsində pozmaq məqsədi güdürlər. Bu kontekstdə də hibrid təhlükələrin, dezinformasiyanın, kiberhücumların, hibrid hücumların aradan qaldırılması üçün vəsaitin ayrıldığını qeyd etmək olar. Lakin şübhəsiz ki, Azərbaycan da zaman-zaman bu cür təhlükələrlə üz-üzə qalanda, biz Brüssel tərəfindən səxavətli yardımları görmürük”, - politoloq vurğulayıb.
O əlavə edib ki, həmçinin Zəngəzur dəhlizi müstəvisində Avropa İttifaqı öz mövqeyini ortaya qoymağa çalışır, bəyanatlar səsləndirir. Lakin praktiki addımları görmürük:
“Bu da ikili strandarların bariz nümunəsidir. Düşünürəm ki, Cənubi Qafqazda Avropa İttifaqı öz qalıcı maraqlarını təmin etmək məqdsədi güdürsə, məsələyə balanslı yanaşmalı, prioriteti qorumalı, birtərəfli qaydada məsələlərin şərhinə çalışmamalıdır”.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.