AZ

“İkardi üzünə şillə vurulmağa layiq adamdır”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Argentina millisinin sabiq hücumçusu Maksi Lopes keçmiş sevgilisi Vanda Naranın keçmiş komanda yoldaşı Mauro İkardi ilə xəyanəti ilə bağlı uzun müddətdir müzakirə olunan mövzuya toxunub.

“Qafqazinfo” xəbər verir ki, hadisələrin ona zərər verdiyini etiraf edib:

“Bilirsiz, mən insanları vurmağı sevmirəm. Mən heç vaxt belə etməmişəm. Amma İkardi, şübhəsiz ki, üzünə şillə vurulmağa layiqdir. Xüsusilə də, sonradan uşaqlarımı bu qarışıqlığa sürüklədiyim üçün”.

Qeyd edək ki, Vanda Nara 2014-cü ildə Mauro İkardi ilə Maksi Lopezə xəyanət edib. Daha sonra o, hazırda “Qalatasaray”da çıxış edən forvardla evləniblər. Ötən il isə onlar aralarında yaranan münaqişədən sonra boşanıblar. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
131
2
qafqazinfo.az

3Mənbələr