AZ

Bərzaninin mühafizəçiləri ilə bağlı araşdırma başlandı

Türkiyənin DİN Məsud Bərzaninin mühafizə görüntüləri əsasında araşdırmalara başlayıb.

"Yeni Sabah" xəbər verir ki, sözügedən görüntülərin ictimaiyyətə yayılmasından sonra məsələ ilə bağlı apardırmalar 2 müfəttiş təyin edilib.

Xatırladaq ki, Kürdüstan Regional Hökumətinin (İKRH) keçmiş başçısı və Kürdüstan Demokratik Partiyasının (KDP) lideri Məsud Bərzani “4-cü Beynəlxalq Melaye Ciziri” simpoziumunda iştirak etmək üçün Şırnakın Cizrə rayonuna səfər edib. Səfər zamanı onun Peşmərgə qüvvələrinə məxsus, taktiki kamuflyajlı və uzun lüləli silahlarla silahlanmış mühafizəçilər tərəfindən müşayiət olunması Türkiyədə ciddi müzakirələrə səbəb olub.

Prezident müşaviri Türkiyə ərazisində xarici şəxslərin hərbi forma və uzun lüləli silahlarla görünməsi “dövlətin nüfuzuna kölgə salır”

MHP sədri Dövlət Baxçalı bu görüntüləri Türkiyənin suverenliyinə açıq hörmətsizlik və hüquq pozuntusu kimi qiymətləndirərək, bunun dövlət ənənələrinə və diplomatik qaydalara tam zidd olduğunu bildirib.

Zəfər Partiyasının lideri Ümid Özdağ isə hadisəni “qalmaqal” adlandıraraq, xarici mühafizəçilərin yalnız tapança daşıya biləcəyini, ağır silahların Türkiyə ərazisinə gətirilməsinin qadağan olduğunu bəyan edib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
78
1
yenisabah.az

2Mənbələr