BAKI, 3 dekabr. TELEQRAF
Globe Soccer Awards tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısı açıqlanıb.
Teleqraf xəbər verir ki, siyahıya daxil edilən oyunçular bunlardır:Usman Dembele, Desire Doue, Əşrəf Hakimi, Xvicha Kvaratsxeliya, Nunu Mendes, Vitinya (hamısı – “PSJ”), Erling Holand (“Mançester Siti”), Mohamed Salah (“Liverpul”), Vinisius Junior, Kylian Mbappe (hər ikisi – “Real”), Robert Levandovski, Rafinya Dias, Lamin Yamal, Pedri (hamısı – “Barselona”) və Cole Palmer (“Çelsi”).
Mükafatlandırma mərasimi 28 dekabr 2025-ci il tarixində Dubayda keçiriləcək.
Qeyd edək ki, Globe Soccer Awards mükafatlandırma mərasimi 2010-cu ildən keçirilir. 2011-ci ildən etibarən ən yaxşı oyunçu olaraq altı dəfə Kriştiano Ronaldu seçilib. Bir dəfə isə bu mükafata Radamel Falcao, Frank Riberi, Kylian Mbappe, Robert Levandovski, Lionel Messi, Karim Benzema, Erling Holand və Vinisius Junior layiq görülüb.