AZ

Dünən saxlanılan keçmiş Aİ rəsmiləri dindirildikdən sonra sərbəst buraxılıblar

Ayna saytına istinadən ain.az xəbər verir.

Federika Moqerini, Stefano Sannino və Çezare Zeqretti sərbəst buraxılıb

Dünən saxlanılan Avropa İttifaqı diplomatiyasının və Avropa Kollecinin rektoru keçmiş Federika Moqerini sərbəst buraxılıb. AYNA.AZ xəbər verir ki, bu barədə İtaliyanın AGI xəbər agentliyi  mənbələrə istinadən məlumat yayıb.

Yerli “La Repubblica” qəzetinin məlumatına görə, Avropa diplomatik xidmətinin keçmiş baş katibi  Stefano Sannino  və iş üzrə üçüncü şəxs Çezare Zeqretti də sərbəst buraxılıb. Dindirildikdən sonra hər üç şəxs satınalmada fırıldaqçılıq və korrupsiya, maraqların toqquşması və peşə sirrini pozmaqda ittiham olunub. Lakin “ədalətə təhlükə törətmədikləri üçün” onların azadlığa buraxılması barədə qərar qəbul edilib”, - qəzet yazıb.

Federika Moqerini dekabrın 2-də Belçikada Avropa İttifaqının (Aİ) vəsaitlərinin sui-istifadəsi və maraqların toqquşması ilə bağlı iş üzrə saxlanılıb. Polis həmçinin Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində və avropalı diplomatların hazırlanması üçün tenderdə mümkün saxtakarlıqla əlaqəli olduğu iddia edilən digər qurumlarda axtarışlar aparıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
148
ayna.az

1Mənbələr