ain.az bildirir, Reyting.az portalına istinadən.
Avropa Birliyinin üzvü olan Sloveniya nağd ödəniş hüququnu birbaşa konstitusiyaya daxil etməklə “nağdsız Avropa” siyasətinə qarşı gedib.
Reyting.az xəbər verir ki, bu, Sloveniyanın Avropa Birliyində rəqəmsal ödəniş sistemlərinin sürətlə genişlənməsinə qarşı ən güclü addımı sayılır və qitədə müzakirələri yenidən alovlandırıb.
Sloveniya Avropa Birliyinin digər üzvləri - Macarıstan və Slovakiyadan sonra Avropa Birliyində nağd ödənişləri “əsas hüquq” kimi tanıyan üçüncü ölkədir.
Xatırladaq ki, Avropa Birliyi qaydaları müəssisələrin 5000 avroya qədər nağd ödənişlərin qəbulu məcburiyyətini müəyyən edir. Bununla belə, üzv dövlətlər nağd pulun istifadəsini daxili qanunları çərçivəsində daha geniş şəkildə qoruya bilərlər.
Avropa Mərkəzi Bankının məlumatına görə, Avrozona sakinlərinin 62 faizi nağd ödəniş seçimini “çox vacib” hesab edirlər. Rəqəmsal əməliyyatlar artdıqca bu nisbət daha da artır.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.