AZ

Birjada qiymətin düşməsindən necə qazanmaq olar?



Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının və “İnvestAZ” investisiya şirkətinin birgə təşkilatçılığı ilə “Birjada qiymətin düşməsindən necə qazanmaq olar? – müasir yatırım imkanları” mövzusunda seminar təşkil olunub.

Newscenter.az xəbər verir ki, sözügedən seminarın təşkilinin məqsədi BAAU-nun tələbələrinin qlobal maliyyə bazarları haqqında nəzəri və praktiki biliklərini genişləndirmək, həmçinin investisiya sahəsində analitik bacarıqlarını inkişaf etdirmək olub.

Seminarın əsas məruzəçisi, “İnvestAZ” investisiya şirkətinin Tədris və analitika departamentinin baş mütəxəssisi Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasının əsas prinsipləri, eniş dövrlərində tətbiq olunan investisiya metodları, risklərin proqnozlaşdırılması və idarə edilməsi mexanizmləri barədə geniş təqdimatla çıxış edib. O, həmçinin beynəlxalq maliyyə trendlərinin yerli bazara təsirindən, investor davranışlarında analitik yanaşmanın rolundan və rəqəmsal alətlərin tətbiq imkanlarından bəhs edib.

Seminar zamanı iştirakçılara real bazar nümunələri əsasında qısa satış strategiyaları, müxtəlif investisiya modelləri və maliyyə qərarlarının optimallaşdırılması ilə bağlı praktik izahlar təqdim olunub.

Seminar interaktiv şəkildə davam edib və tələbələrin sualları cavablandırılıb.

Cavid
Seçilən
90
1
newscenter.az

2Mənbələr