Bakı. Trend:
3 dekabr tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirə (AQEM) Aparıcı Universitetlər TərəfdaşlıqŞəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasının sədri olaraq, ADAUniversitetinin təşkil etdiyi “Yaşıl Enerji və DayanıqlılıqdaUniversitetlərin Rolu” adlı beynəlxalq konfrans çərçivəsində,Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavəndrayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Şamxal Muxtarovvə Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı vəZəngilan rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi NərgizQaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə davamlıinkişaf və dayanıqlılıq istiqamətində görülən işlər, o cümlədənağıllı kənd konseptləri barədə məlumat veriblər.
Paneldə həmçinin, Azərbaycan Respublikası Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universitetitərəfindən 2025-ci ilin sentyabr ayından etibarən birgə həyatakeçirilən “İşğaldan azad olunmuş ərazilərə köçürülmüş keçmişməcburi köçkün ailələrinin sosial-iqtisadi profilinin tədqiqatıüzrə sorğu” layihəsinin nəticələri nümayiş etdirilib. “Yaşıl vəDayanıqlı Bərpa: Azərbaycan Təcrübəsi” adlı paneldə ADAUniversitetinin tədqiqat qrupu tərəfindən Ağdam, Füzuli, Şuşa vəZəngilanda keçmiş məcburi köçkünlərlə aparılan sorğunun nəticələriəsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişafistiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcəkperspektivlər təqdim olunub.
Qeyd edək ki, ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu(IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərənAzərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) vəAQEM-in tərəfdaşlığı ilə 2-3 dekabr tarixlərində həyata keçirilənkonfransda ev sahibi - Azərbaycan, Banqladeş, Birləşmiş ƏrəbƏmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya,İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, QırğızıstanRespublikası, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan,Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dənçox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsiiştirak edir.