Malayziya Nəqliyyat Nazirliyi 2014-cü ildə itən Malaysia Airlines-in MH370 reysi üçün axtarış işlərinin bu ay yenidən başlayacağını açıqladı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazirlik 30 dekabrda başlayacaq axtarış prosesində ABŞ mərkəzli robotika şirkəti "Ocean Infinity"nin dəniz dibində 50 gün davam edəcək genişmiqyaslı bir axtarış aparacağını bildirib.
MH370 reys nömrəli təyyarə 8 mart 2014-cü ildə Kuala Lumpurdan Pekinə gedərkən radardan itib və təyyarədə 12 malayziyalı heyət üzvü ilə 227 sərnişin olub.
Təyyarənin itməsi aviasiya tarixinin ən genişmiqyaslı axtarış əməliyyatını başlatmış, lakin bütün səylərə baxmayaraq taleyi aydınlaşdırıla bilməmişdi.
MH370 müasir aviasiyanın ən böyük sirrlərindən biri olaraq qalmaqdadır.
Malayziya hökuməti 2024-cü ildə yeni və güclü sübutlar təqdim olunacağı halda istintaqı yenidən açmağa hazır olduğunu bildirmişdi.