ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları zamanı təqdim olunan sənədləri şərh etməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Biz indi heç nəyi xarakterizə etməyəcəyik”, – deyə Peskov Ukrayna ilə bağlı danışıqlarda niyə məhz dörd sənədin təqdim edildiyi sualına cavab verib.
Qeyd edək ki, dekabrın 2-də Kremldə Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner arasında danışıqlar başa çatıb. Tərəflər Amerikanın sülh planı üzrə kompromis əldə edə bilməyiblər.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.