AZ

Məzuniyyət hüququ 46 gün olan xüsusi xidmət işçilərinin dairəsi genişləndirilir

Bakı. Trend:

Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti iləbağlı qaydalarda dəyişiklik ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün,müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cıilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidmətivəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmətvəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədarsəbəblərdən əlilliyi olan işçilərə, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştiraketdiyinə görə müharibə veteranı adı almış işçilərə, döyüşəməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmişhərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı,suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma,kontuziya) almış işçilərə, Azərbaycan Respublikasının VətənMüharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovetİttifaqı Qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksəktəltifi ilə, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasınınsuverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövləttəltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvimgünündən az olmayaraq veriləcək.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasınınazadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət(yaralanma, travma, kontuziya) alan işçilərə, AzərbaycanRespublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın MilliQəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illərmüharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbixidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbiqulluqçulara, İstiqlal ordeni ilə, habelə AzərbaycanRespublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi iləbağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərəməzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Məqalədə:
Seçilən
113
8
az.trend.az

10Mənbələr