ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən ilin 25 dekabrında Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun qəza anından əvvəl telefona çəkdiyi görüntülər ilk dəfə ictimailəşib.
Kadrları mərhumun oğlu Abbas Qıstarov sosial şəbəkədə paylaşıb.
Abbas Qıstarov bildirib ki, atasına məxsus telefonu yalnız iki gün əvvəl əldə edə bilib və videolar da həmin cihazdan çıxarılıb.
Görüntülərdə Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökumə Əliyevanın sərnişinlər üçün etdiyi məlumat anonsu eşidilir. Kadrlarda uçuşun adi qaydada başladığı görünür.
Bu, hadisə baş verməzdən əvvəl təyyarədəki son anların təsdiqlənmiş ilk görüntüləri kimi qiymətləndirilir.
"AzPoltika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.