AZ

Azərbaycanda qadınlar arasında siqaret çəkmə halları artıb AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycanda tütün və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik artıq on ildən çoxdur ki, qüvvədədir. Bu müddət ərzində bir sıra mütərəqqi dəyişikliklər edilərək qanun sərtləşdirilmiş, ictimai yerlərdə siqaret çəkməyə qadağalar tətbiq olunmuşdur”. Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.O deyib ki, bütün bu tədbirlərə baxmayaraq, praktiki nəticələr arzuolunan səviyyədə deyil:“Son illər ölkədə ənənəvi siqaretlə yanaşı, elektron siqaretlər,  qəlyanlar, həmçinin müxtəlif alternativ nikotin məhsullarının istifadəsi sürətlə yayılmışdır. Qanunvericiliyin bu məhsulları tam əhatə etməməsi və ya nəzarətin zəif olması səbəbindən, xüsusilə gənclər arasında bu vasitələrə maraq artmaqdadır. Digər ciddi problem isə siqaretlərin tək-tək satışı və aksiz markası olmayan qaçaq siqaretlərin dövriyyəsidir. Xüsusilə Bakı şəhərinin bəzi rayonlarında bu cür satışlar açıq şəkildə davam edir. Bu, qanunun pozulması ilə yanaşı, həm də cəmiyyətin sağlamlığına ciddi təhlükədir. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda tütün sənayesinin lobbiçilik fəaliyyəti hələ də güclü qalır və müəyyən qruplar bu sahədəki islahatlara mane olurlar. Azad İstehlakçılar Birliyi olaraq biz uzun illərdir bu sahədə ictimai nəzarət və mübarizə aparırıq”. Sədr qeyd edib ki, filtrsiz və yüksək zərərli tütün məhsulları istehsal edən bir neçə müəssisənin fəaliyyətinin dayandırılmasına nail olunub:“Lakin bu, yalnız ilkin mərhələdir. Əhalinin siqaretə olan meyilliyi azalmaq əvəzinə, bəzi hallarda daha da artır. Ən təəssüf doğuran hallardan biri isə odur ki, ölkəmizdə müasir supermarketlərə daxil olarkən, vətəndaşları ilk qarşılayan məhz siqaret stendləridir. Bu, bir çox ölkələrin təcrübəsinə tamamilə ziddir. Məsələn, Filippin, Tayland, İspaniya, Rusiya kimi ölkələrdə siqaret satışına ya tam qadağa qoyulub, ya da satış yalnız xüsusi məhdudiyyətlərlə həyata keçirilir. Azərbaycanda isə siqaret məhsulları açıq şəkildə nümayiş etdirilir, bu da faktiki olaraq reklam funksiyası daşıyır.  “Reklam haqqında” qanunda siqaretin özünün reklam vasitəsi olmadığı kimi mənasız bir müddəa yer alıb. Halbuki məhsulun görünüşü və təqdimatı, xüsusilə gənclər arasında maraq oyadır və bu da dolayı reklam təsiri yaradır. Türkiyədə qadınlar arasında siqaret çəkmənin artması tendensiyası artıq Azərbaycana da sirayət edib”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
104
demokrat.az

1Mənbələr