Bakı. Trend:
Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarınsiyahısı genişləndirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Layihəyə əsasən, aşağıdakı hallar işçi tərəfindən əməkvəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək:\
- dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və yabu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinəyetirməməsi;
- “Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesabedilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.