AZ

"Mingəçevir"də vəziyyət kritik həddə çatdı - Rəhbərlik vədlərlə kifayətlənir

1-ci Liqa təmsilçisi "Mingəçevir"də vəziyyət gərginləşir.

Fanat.Az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "işıqçılar"ın əməkdaşları maaş üzünə həsrətdir.

Belə ki, futbolçulara oktyabr ayının məvacibi verilsə də, işçilər son olaraq avqust ayının maaşını alıblar. Qarşısına çempionluq hədəfi qoyulan komandanın son turda öz meydanında "Baku Sportinq"dən aldığı məğlubiyyət (1:2) fonunda mövcud maliyyə problemi ab-havanı əməlli-başlı korlayıb. Artıq klubun əməkdaşları ümidsizliyə qapılıblar. Rəhbərlik isə çıxış yolunu davamlı şəkildə vəd verməkdə görür. Məsələni diqqətdə saxlayacağıq.

Xatırladaq ki, daha öncə "Mingəçevir"in Hepatit B virusuna yoluxmuş qanalı hücumçu Cona Attukuayeni bilərəkdən oynatdığı üzə çıxıb. 

Mirağa

Seçilən
37
fanat.az

1Mənbələr