Dağıstan Respublikasında Xəzər dənizi sahilində 484 ədəd suiti tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın Regional Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Mməməlilərin ölüm səbəbi məlum deyil.
"Lazımi cavab tədbirlərinin görülməsi və heyvanların ölüm səbəblərinin müəyyən edilməsi üçün Dağıstan Respublikasının Təbii Sərvətlər Nazirliyi təcili olaraq bütün məsul qurumlara müraciətlər göndərib", - məlumatda deyilir.
Mütəxəssislərin artıq Mahaçqala sahillərində, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarında araşdırma apardıqları bildirilir.
Agentlik qeyd edir ki, bu heyvanların miqrasiya zamanı tələf olması bütün Xəzər dənizində, o cümlədən Dağıstan, Kalmıkiya və Qazaxıstan sahillərində illik təbii hadisədir. Onlar qeyd ediblər ki, son bir neçə il ərzində aparılan elmi araşdırmalar heç vaxt kütləvi yoluxucu xəstəliklər nəzəriyyəsini təsdiq etməyib.
Gülayə Mecid