AZ

“Danışan Hökumə Əliyevadır...” 1 il sonra yeni kadrlar yayıldı

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə təyyarədə lentə aldığı kadrlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb.

O bildirib ki, kadrların olduğu atasına məxsus telefonu iki gün əvvəl əldə edib.

Görüntülərdə Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın sərnişinlərə məlumat xarakterli anonsu səsləndirdiyi eşidilir.

Həmin kadrları təqdim edirik:

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
yeniavaz.com

1Mənbələr