Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Roman Yeritsyan “Facebook” səhifəsində məlumat verib.
O, Şahramanyanın Baqrat Qalstanyan işi ilə bağlı İstintaq Komitəsinə çağırılıdığını bildirib.
Vəkil dindirilmənin sabah baş tutacağını əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.