ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qeydiyyata düşmək prosesi mülkiyyət hüququ ilə sıx bağlıdır. Heç kəs evin və ya mənzilin sahibi olmadan, onun razılığı olmadan orada daimi qeydiyyata düşə bilməz. Bu, qanunvericiliklə açıq şəkildə tənzimlənir".Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.O bildirib ki, praktika göstərir ki, bəzən anlaşılmazlıqlar və səhvlər baş verə bilər:"Məsələn, vətəndaşlar təsadüfən və ya səhvən qeydiyyata düşə bilirlər. Belə hallarda, mülkiyyətçi hüququnu qorumaq üçün məhkəməyə müraciət edə bilər. Məqsəd həmin şəxslərin qanunsuz olaraq qeydiyyatdan çıxarılmasıdır".Vəkil bildirib ki, məhkəmə praktikasında bu cür iddialar adətən təmin olunur:"Yəni, mülkiyyətçinin razılığı olmadan qeydiyyata düşən şəxslər sistemdən çıxarılır və mülkiyyət hüququ bərpa olunur. Bu mexanizm həm vətəndaşların, həm də mülkiyyətçilərin hüquqlarının qorunması üçün vacibdir".Qeyd edək ki, Gəncə şəhərində yaşayan bir qrup sakinlərin evlərində, ünvanlarının dəyişdirilməsindən sonra tanımadıqları şəxslərin qeydiyyata düşməsi problemi yaranıb.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.