AZ

Rus ordusuna xüsusi qorunan BMP-3 texnikaları verilib

“Yüksəkdəqiqlikli komplekslər” holdinqi (“Rostex”in bir hissəsi) Rusiya Müdafiə Nazirliyinə BMP-3 piyada döyüş maşınlarının yeni partiyasını təqdim edib. Maşınlar əlavə çoxtərkibli komplekt mühafizə, eləcə də elektron müharibə sistemləri ilə təchiz olunub.

Herbiand.az bildirir ki, bu barədə “Rostex”in mətbuat xidməti məlumat verib.

Qeyd edilib ki, bu cür yeni sistemlərin tətbiqi BMP-3-ü daha mobil və qorunan edir.

Piyada döyüş maşınlarının yeni partiyası standart olaraq antikumulyativ barmaqlıqlar, zirehli ekranlar və yuxarı yarımkürə mühafizə dəstləri ilə təchiz olunub. Həmçinin, hər bir BMP sintetik istilik izolyasiya edən və radar udma materialından hazırlanmış xüsusi az müşahidə olan “Nakidka” dəstini alıb.

Zirehli maşınlar holdinqin müəssisələrində gecə-gündüz istehsal olunur. Mütəxəssislər əməliyyat təcrübəsinə əsaslanaraq döyüş maşınlarını təkmilləşdirməyə davam edirlər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr