ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Dünya bazarında baş verən dəyişikliklər, neft tələbatın azalması və qiymətlərin aşağı enməsi, Azərbaycan neftinin qiymətinə də təsirini göstərib.
Oktyabr ayından başlanan proseslər Azeri light markalı neftin qiymətini də ucuzlaşdırıb.
Nəticədə son 2 ay ərzində Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı həddə qalıb. Bu neftin 2025-ci ilin büdcəsində nəzərdə tutulan qiyməti idi. Başqa sözlə, oktyabr-noyabr aylarında Azərbaycan neftinin qiyməti büdcədəki həddən aşağıda olub.
Bu dövrdə neftin ən yüksək qiyməti 69,86 dollar, ən aşağı qiyməti isə 61,83 dollar olub.(fed.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.