AZ

"Azəripək": Azrəbaycanda barama yığımı azalıb - ÖZƏL

Azrəbaycanda barama yığımı azalıb.

Bu barədə Teleqraf-a açıqlamasında "Azəripək" ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşev deyib.

Onun sözlərinə görə, cari ildə respublika üzrə 186 ton yaş barama yığılıb:

“Təəssüflər olsun ki, göstərici çox azdır. Biz gələn il bu rəqəmi 240 tona çatdırmağı planlayırıq. Bunun üçün proqram hazırlamışıq. Gələn il proqram çərçivəsində birbaşa kümçülərlə çalışacayıq”.

Anar Dadaşev bildirib ki, Azərbaycanın ipək istehsalında “Azəripəy”in payı 90-95%-dir:

“Başqa istehsal sexləri də mövcuddur. “Azəripək” Türkiyə, Çin və başqa ölkələrə həm xam, həm də hazır məhsul ixrac edir. Yanvardan Kanadaya kələğayı, cib dəsmalları ixracına başlayacağıq. Bu məqsədlə artıq istehsal başlayıb. Kanada ilə müqaviləmizin dəyəri 60-100 min dollar həcmindədir. Bu rəqəmin iki, üç qat artacağına əminik”.

Seçilən
38
teleqraf.com

1Mənbələr