"Barselona"nın müdafiəçisi Ronald Arauxo çətin dövrdən keçir.
Fanat.Az xəbər verir ki, psixoloji problemləri olan futbolçu rəhbərliklə görüşərək sağalmaq üçün istirahətə ehtiyacı olduğunu bildirib.
İnformasiyanı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, müdafiəçi klubdakılara ciddi stress keçirdiyini deyib. O, Çempionlar Liqasında "Çelsi" ilə matçda oyundan qovulmasını da bu amillə əlaqələndirib.
"Barselona" Arauxonu dəstəkləyib və ona icazə verərək geri qayıtması üçün vaxt təyin etməyib. Futbolçunun nümayəndələri detalları müzakirə etmək üçün klubun ofisinə baş çəkib.
Müdafiəçi “Atletiko” ilə son oyunda iştirak etməyəcək. Baş məşqçi Hans-Diter Flik onun yoxluğunun qısaca şəxsi məsələlərdən qaynaqlandığını qeyd etməklə kifayətlənib.
Mirağa