AZ

Cəlilabadda açıq ərazidə yanğın baş verib

Cəlilabadda

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu Bakı-Astara şossesinin 104-cü km-də açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.Ulusum.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.R.D

Diqqət Çəkənlər

Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə

Sosial maskaların ifşası – Hakan Dikmendən cəmiyyətə güzgü

Ölkənin bəzi bölgələrində yağış və qar, duman müşahidə olunur

Seçilən
58
ulusum.az

1Mənbələr