AZ

Peruda prezidentliyə namizədin avtomobili atəşə tutuldu

BAKI, 2 dekabr. TELEQRAF

Peruda prezidentliyə namizəd Rafael Belaundeyə qarşı sui-qəsd cəhdi olub.

Teleqraf xəbər verir ki, onun avtomobili naməlum şəxslər tərəfində atəşə tutulub. Namizəd xəsarət almayıb.

Rafael Belaunde Perunun keçmiş prezidenti Fernando Belaundenin nəvəsidir. Peruda seçkilər gələn il aprelin 12-də keçiriləcək.

Seçilən
74
teleqraf.com

1Mənbələr