AZ

Peruda prezidentliyə namizədə qarşı sui-qəsd olub

Vaşinqton, 2 dekabr, AZƏRTAC

Peruda prezidentliyə namizəd Rafael Belaundeyə qarşı sui-qəsd olub.

AZƏRTAC-ın yerli mediaya istinadən verdiyi məlumata görə, onun avtomobilinə bir neçə dəfə atəş açılıb. Hadisə nəticəsində namizəd xəsarət almayıb.

Rafael Belaunde Perunun keçmiş prezidenti Fernando Belaundenin nəvəsidir. Peruda ümumi seçkilər gələn il aprelin 12-də keçiriləcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
93
6
azertag.az

9Mənbələr