Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın əsas ulduzu Muhammed Salahın 15 dekabrda Misir millisinin Afrika Millətlər Kubokunun heyətinə qoşulacağını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, Salahın yığmaya qatılması klub üçün ciddi itki hesab olunur.
Misirli futbolçu turnir müddətində “Liverpul”un Premyer Liqada keçirəcəyi altı vacib qarşılaşmanı buraxa bilər. Klub mövsümün ən kritik mərhələsinə daxil olduğu bir vaxtda Salahın yoxluğu komandanın hücum gücünə birbaşa təsir edəcək. Arne Slot isə bu itkini kompensasiya etmək üçün alternativ planlar üzərində çalışır.
Salahın buraxacağı ehtimal olunan oyunlar:
“Tottenhem” (səfər)
“Vulverhempon” (ev)
“Lids Yunayted” (səfər)
“Fulhem” (səfər)
“Arsenal” (səfər)
“Börnli” (ev)
Misir millisinin turnirdə nə qədər irəliləməsi Salahın “Liverpul”a nə vaxt qayıdacağını müəyyən edəcək.
Kamil Xudiyev
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.