AZ

Gürcüstan Qara dəniz kabel layihəsi ilə bağlı Aİ-dən dəstək alacaq

Bakı. Trend:

Gürcüstan İqtisadiyyat Nazirliyi Qara dəniz kabel layihəsi iləbağlı Avropa İttifaqından (Aİ) strateji, hüquqi və maliyyə dəstəyialacaq.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası 2035-ci ilədəkAvropa İttifaqı ilə həmsərhəd regionlarda enerji bağlantılarınıngücləndirilməsinə yönəlmiş layihələrə geniş dəstək verəcək.

Məlumata görə, Gürcüstan və Rumıniyanın 2024-cü ilin sonundaqarşılıqlı maraq doğuran layihə statusu almaq üçün birgə təqdimetdiyi Qara dəniz sualtı kabel layihəsi Avropa Komissiyasının dərcetdiyi siyahıya daxil edilib.

Bildirilib ki, layihə təqdim edilərkən Avropa Enerji İttifaqınındəstəkləyici sənədi də əlavə olunub ki, bu da layihənin stratejiəhəmiyyətini bir daha təsdiqləyir.

Cari il dekabrın 1-də Avropa Komissiyası səlahiyyətli normativakt qəbul edərək qarşılıqlı və ikitərəfli maraq doğuran layihələrinsiyahısını təsdiqləyib, sənədi Avropa Parlamenti və Avropa Şurasınatəqdim edib. Aİ qanunvericiliyinə əsasən, belə status alanlayihələr hüquqi, maliyyə və strateji baxımdan birbaşa dəstəkalır.

Seçilən
119
4
az.trend.az

6Mənbələr