ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Moskvaya enib.
Publika.az xəbər verir ki, bu barədə TASS mənbəsinə istinadən məlumat yayıb.
Uitkoffun Moskvada ABŞ-ın Ukrayna ilə bağlı planını müzakirə edəcəyi gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, görüşdə ABŞ-ı təkcə Uitkoff deyil, həm də Trampın kürəkəni, iş adamı Cerad Kuşner təmsil edəcək.
Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşündə əsas diqqət Ukrayna münaqişəsinin həllində ərazi məsələsi, Floridada Ukrayna nümayəndə heyəti ilə görüşdə qaldırılan məsələlər müzakirə olunacaq.