AZ

İndiyədək əkin aparılmış sahələrdən 345 mindən çox pambıq yığılıb

Sahələrdən 345 101 ton məhsul yığılıb, orta məhsuldarlıq 34,35 sentnerə çatıb

Respublika üzrə pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Bu günədək əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 345 101 ton xam pambıq tədarük olunub. Dekabrın 1-nə olan operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 34,35 sentner/ha təşkil edir.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 39,79 sentner/ha təşkil edir. Dekabrın 1-dək rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 35 410,3 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,3 sentner/ha), Biləsuvar (37,97 sentner/ha), Tərtər (37,06 sentner/ha), Saatlı (34,67 sentner/ha) və Bərdə (34,56 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Seçilən
87
5
teleqraf.com

2Mənbələr