Qızılın qiymətinin günü-gündən bahalaşdığı bir dövrdəyik.
Bəs 2026-cı ildə necə, qiymətlərdə azalma müşahidə oluna bilərmi?
İqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a açıqlamasında bildirdi ki, 2026‑cı ildə qızılın qiymətində böyük azalma gözlənilmir:
.jpg)
"Əksinə, analitiklərin proqnozlarına görə qiymət sabit qala bilər və ya yüngül artım müşahidə oluna bilər. Bunun əsas səbəbi qızılın “etibarlı liman” aktiv kimi qalmasıdır. Mərkəzi banklar və investorlar inflasiya, valyuta dəyəri və geopolitik risklər səbəbindən qızıla marağı davam etdirir. Bəzi maliyyə institutlarının proqnozlarına görə 2026‑cı ilin ortalarına qədər ONS qiyməti 4000-5300 ABŞ dolları arasında dəyişə bilər. Qiymətin daha yüksək olmasına ehtimal verən amillər arasında fiziki tələbin artması, ETF‑lər və zərgərlik sahəsində tələb, habelə təchizat məhdudiyyətləri dayanır.
Lakin risklər də mövcuddur. Əgər dünya iqtisadiyyatı bərpa olarsa, faiz dərəcələri yüksələrsə və investorlar risk aktivlərinə yönələrsə, qızılın qiyməti aşağı düşə bilər. Geosiyasi gərginliyin azalması və dolların güclənməsi də qiymət üzərində aşağıya təsir göstərə bilər. Ümumilikdə, 2026‑da qızıl əsasən sabit qalacaq və ya yüngül artım göstərəcək. Uzunmüddətli perspektivdə qızıl inflyasiyadan qoruyan və dəyər saxlayan aktiv kimi qalacaq".
Nuriyyə NATİQQIZI