Yağlı dəriyə malik insanlar gündəlik baxımda daha diqqətli olmalıdırlar. Çünki yağ vəzilərinin həddindən artıq sebum istehsalı dəridə parıltı, geniş məsamələr və sızanaq riskini artırır.
Pravda.az yağlı dəri üçün əsas tövsiyələri təqdim edir:
Üzün gündə iki dəfə yumşaq təmizləyicilərlə yuyulması
Yağsız, su bazalı nəmləndiricilərdən istifadə
Məsamələri tıxamayan makiyaj və baxım məhsullarının seçilməsi
Tonik və müntəzəm yüngül pilinq ilə məsamələrin təmizlənməsi
Mütəxəssislər sağlam qidalanmanın da dəri balansını qoruduğunu bildirr. Şəkərli və yağlı qidalardan uzaq durmaq, meyvə-tərəvəzi artırmaq tövsiyə olunur.
Yağlı dərilər üçün evdə hazırlana bilən bir neçə təbii maska resepti:
Avokado-yulaf maskası: Yarım avokado və 2 çay qaşığı yulaf qarışdırılaraq 10–15 dəqiqə üzdə saxlanılır.
Gil maskası: Yaşıl gil, alma sirkəsi və az miqdarda su ilə hazırlanan qarışıq məsamələri sıxlaşdırmağa kömək edir.
Yumurta ağı-limon maskası: Sebumu azaltmaq üçün tövsiyə olunur.
Qatıq-limon maskası: Dərini təmizləyir və yağ balansını tənzimləyir.
Qeyd: Düzgün gündəlik rutin və uyğun maskalarla yağlı dəri problemlərini minimuma endirmək mümkündür.
Əminə Bayramova