AZ

DİM qəbul və buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi barədə iddialara aydınlıq gətirib

Bakı. Trend:

Bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayındakeçiriləcəyi haqqında iddialar həqiqəti əks etdirmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahanMərkəzindən məlumat verilib.

Bildirilib ki, sosial mediada imtahanların vaxtınındəyişdirilməsi ilə bağlı iddialar doğru deyil:

“İmtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunurvə ictimaiyyətə təqdim edilir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gündür sosial mediada bu ilin qəbul vəburaxılış imtahanlarının fevral ayında keçiriləcəyi ilə bağlıiddialar yayılıb. Bu isə abituriyentlər arasında ciddi narahatlıqyaradıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ənənəvi olaraq tədrisilinin başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanlarıkeçirilir. Ona görə də, imtahanların fevral ayında keçiriləcəyiiddiaları valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləriarasında gərginliyə səbəb olub.

Seçilən
59
10
az.trend.az

10Mənbələr