AZ

Tayland BRICS ə qoşulmaq niyyətindədir

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tayland XİN başçısı hindistanlı həmkarından kömək istəyir

Tayland Hindistandan BRICS-ə tamhüquqlu üzv kimi qoşulmaq üçün müraciətini dəstəkləməsini istəyib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Tayland Xarici İşlər Nazirliyi iki ölkənin xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra məlumat verib.

Məsələ Tayland xarici işlər naziri Sixasak Pxuanqketkeu ilə onun hindistanlı həmkarı Subramanyam Cəyşankararasında keçirilən görüşdə qaldırılıb. Tərəflər həmçinin mövcud geosiyasi çətinliklər fonunda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Nazir Hindistandan 2026-cı ildə Hindistanın BRICS-ə sədrliyi dövründə Taylandın BRICS-ə qoşulmaq marağını dəstəkləməsini istəyib", - Tayland Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
ayna.az

1Mənbələr