Yazını böyüt
Yazını kiçilt
Türkiyə Superliqasının XIV turunda "Fənərbağça" ilə oyunda "Qalatasaray"ın futbolçusu Kazımcan Karataşın üzünə alışqan atan azarkeş saxlanılıb.
Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fanat İstanbul derbisindən sonra stadion kameralarından müəyyən olunub. Bildirilib ki, alışqanı atan "Fənərbağça" azarkeşinin bir il ərzində idman yarışlarına girişi qadağan edilib.
Qeyd edək ki, dünən keçirilən "Fənərbağça" - "Qalatasaray" derbisi 1:1 hesablı bərabərliklə başa çatıb.